"Real Madrid"in baş məşqçisi Joze Mourinyo "Barselona"nın gənc cinah hücumçusu Lamin Yamalı komandasında görmək istəmədiyini bildirib.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis "Barselona"nın hazırkı çıxışını və Hansi Flikin rəhbərliyi altındakı oyununu yüksək qiymətləndirib: "Bəli, onların oyunu mənim xoşuma gəlir. Çox yaxşı iş görürlər – Flik, Deku və əlbəttə ki, futbolçular. Əla təsir bağışlayırlar".
Lamin Yamalın "Real Madrid"də oynamaq ehtimalı ilə bağlı suala Mourinyo belə cavab verib:
"Xeyr. Sözsüz ki, o, möhtəşəm futbolçudur və inkişaf etməkdə olan gəncdir. Onun yaşında Avropa və dünya çempionu olmaq qeyri-adi göstəricidir. Amma "Real Madrid"in heyəti çox güclüdür. Mən öz komandamda heç kimi dəyişməzdim. Hazırda bunlar mənim futbolçularımdır və mənim futbolçularım ən yaxşısıdır".


