UFC-nin yüngül çəkidə çıxış edən döyüşçüsü Paddi Pimblett Sen-Deni ilə qarşılaşmada oktaqona hansı çəki ilə çıxdığını açıqlayıb. O bildirib ki, çəkiölçmədən 36 saat sonra qəfəsə 86 kiloqram çəki ilə daxil olub.

Offsideplus.az xəbər verir ki, Paddi Pimblett yüngül çəki dərəcəsində – 70 kiloqramadək döyüşür. O, Benoit Sen-Deni ilə qarşılaşmanı ilk raundda boğma fəndi ilə qələbə ilə başa vurub. Qeyd edək ki, tanınmış ekspert Daniel Kormye də Paddi Pimblettin gələcəkdə titul döyüşü üçün namizədlər sırasında ola biləcəyini bildirib.