"Barselona"nın hücumçu namizədləri arasında yeni bir ad daxil olub.
Offsideplus.az xəbər verir ki, katalon klubu Lautaro Martineslə maraqlanır.
Bu barədə "Sky DE" məlumat yayıb.
"İnter" bu marağa baxmayaraq onu satmağı düşünmür. Onu klubun əsas simalarından biri kimi görür.
L. Martines 2018-ci ildən "inter"də çıxış edir. O, burada 376 oyuna 175 qol vurmağı bacarıb.


