“Sabah”ın qapıçısı Stas Pokatilov Qazaxıstan millisinə dəvət alıb.


Offsideplus.az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyası məlumat yayıb.

Milli komandanın yeni baş məşqçisi Con vant Sxip komandanın UEFA Millətlər Liqasında keçirəcəyi növbəti oyunlar üçün 41 futbolçunun yer aldığı siyahıya Stas Pokatilovu da daxil edib.

Qeyd edək ki, Qazaxıstan millisi sentyabrın 26-da Farer adaları, sentyabrın 29-da Slovakiya, oktyabrın 2-də isə Moldova ilə qarşılaşacaq.