"Barselona"nın idman direktoru Deku Rodrinin transferi barədə danışıb.

Offsideplus.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi bu yay "Mançester Siti"dən 76,5 milyon avro qarşılığında "Barselona"ya keçib. Rodriyə eyni zamanda "Real Madrid" də maraq göstərib.

Deku bildirib ki, hər bir transferin əsas məqsədi komandanı gücləndirməkdir:

"Hər bir transferimizin konkret məqsədi var. Kimisə heyətə qatmazdan əvvəl bunu ətraflı müzakirə edirik və yalnız bundan sonra qərar veririk. Əvvəlcə Rodri planlarımızda yox idi, çünki onun əlçatan olacağını düşünmürdük. Lakin fürsət yarananda bundan istifadə etdik və uğur qazandıq. Qordon, Adeyemi, Bisivu və Kanselu ilə də eyni yolu getmişik. Hər bir transfer komandanı gücləndirmək üçündür və Rodri də buna kömək edəcək. Biz onu "Real Madrid"dən almaq üçün transfer etməmişik. Bu, səhv olardı. O, dünyanın ən yaxşı yarımmüdafiəçilərindən biridir. Onun komandamıza töhfə verəcəyinə əminik və məhz buna görə bu transferin mənası var".