İtaliyanın "Napoli" klubu hücum xəttini gücləndirmək üçün yeni futbolçu axtarışındadır.
Offsideplus.az xəbər verir ki, tanınmış jurnalist Canluka Di Marziona görə, Neapol təmsilçisi "Çelsi"nin hücumçusu Nikolaz Ceksonu heyətinə cəlb etmək niyyətindədir. Bu transfer yalnız bəzi oyunçuların satılması halında mümkün olacaq. Hazırda klub üçün əsas prioritet Noa Lanq və Lorenso Lukkinin komandadan ayrılmasıdır.
Qeyd edək ki, Ceksona "Aston Villa" da maraq göstərir. İngiltərə klubu Ollie Uotkinsin mümkün gedişi üçün hücum xəttini gücləndirmək variantlarını nəzərdən keçirir.
Ötən mövsüm Nikolaz Cekson icarə əsasında "Bavariya Münhen"də çıxış edib və Bundesliqada 23 oyunda 8 qol vurub.


