"Red Bull"un pilotu Maks Ferstappen Avstriya komandası ilə yeni müqavilə imzalayıb. 

Offsideplus.az xəbər verir ki, saziş 2030-cu ilin sonuna qədər nəzərdə tutulub.

Daha əvvəl Ferstappenin "Red Bull"dan ayrılmaq və karyerasını başqa komandada davam etdirmək imkanlarını dəyərləndirdiyi ehtimal olunurdu. Mətbuatda əsas namizədlər kimi "Mersedes" və "Maklaren" variantlarının adı çəkilirdi.

Formula 1 üzrə dördqat dünya çempionunun "Red Bull" ilə əvvəlki müqaviləsi 2028-ci ilin sonunadək qüvvədə idi.

Bununla belə, yeni müqavilədə sazişə vaxtından əvvəl xitam verilməsi opsiyasının yer alıb-almadığı hələlik bəlli deyil.