“Qalatasaray”dan ayrılan Mauro İkardinin gələcək karyerası ilə bağlı yeni iddia ortaya çıxıb.

Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, İtaliya A Seriyası təmsilçisi “Latsio” argentinalı hücumçunun xidmətində maraqlıdır. Klubun idman direktoru İkardinin vəziyyəti və şərtləri ilə bağlı futbolçunun nümayəndələri ilə ilkin əlaqə saxlayıb. 

Bildirilir ki, 33 yaşlı forvardın yüksək maaşı transferin qarşısındakı əsas maneədir.

İtaliya mətbuatının yazdığına görə, İkardinin əsas prioriteti Çempionlar Liqasında çıxış edən komandada oynamaqdır. 

İkardinin menecerləri isə Səudiyyə Ərəbistanı, Qətər, Braziliya, Argentina və Meksikadan gələn təklifləri də nəzərdən keçirir. Argentinalı futbolçunun yaxın günlərdə gələcəyi ilə bağlı qərar verməsi gözlənilir.