Keçmiş "Vest Bromviç" yarımmüdafiəçisi Kevin de Kaştru 25 yaşında vəfat edib.
Offsideplus.az xəbər verir ki, Portuqaliyada keçirilən mövsümöncəsi yoldaşlıq oyununda huşunu itirən futbolçu həyatını itirib. "Real Massama" ilə "Eştrela Amadora" arasında baş tutan qarşılaşmada Kaştru meydanda yıxılıb və dərhal xəstəxanaya aparılıb. Lissabon Futbol Assosiasiyası onun məhz həmin oyunda səhər saatlarında vəfat etdiyini açıqlayıb.
Kaştru 2021-ci ildə "Vest Bromviç"ə qoşulub və klubun heyətində ilk oyununu İngiltərə Liqa Kubokunda "Arsenal"a qarşı keçirib (0:6). O, ümumilikdə "Vest Bromviç"in heyətində Çempionşipdə 2 oyunda iştirak edib.


