Kley Tompsonun yay transfer pəncərəsində "Los-Anceles Leykers"ə keçidi ilə bağlı şayiələrə aydınlıq gətirilib.

Offsideplus.az xəbər verir ki, ulduz basketbolçu 2024-cü ilin yayında "Leykers"lə danışıqlar aparsa da, sonda "Dallas Maveriks"i seçib.

bu barədə məlumatı jurnalist Kristian Klark verib. Onun sözlərinə görə, Tompsonun "Leykers"ə keçməməsinin əsas səbəblərindən biri Entoni Devisin səhhəti ilə bağlı narahatlıqlar olub. Tompsonun nümayəndələri "Leykers"lə danışıqlar aparsa da, basketbolçu Devisin zədələrə meyilli olması səbəbindən "Dallas"a üstünlük verib.

Maraqlıdır ki, sonradan Luka Donçiçin "Los-Anceles Leykers"ə transferindən sonra Devis və Tompson "Dallas Maveriks"də komanda yoldaşı olublar. Lakin Devisin zədələri səbəbindən onlar birlikdə cəmi 27 oyunda meydana çıxa biliblər və daha sonra Devis başqa kluba treyd olunub.