Klivlend şəhərində keçirilən RAF 12 turnirində yüngül çəki dərəcəsində titul döyüşü baş tutub. Bu qarşılaşmada Merab Dvalişvili və Henri Sehudo üz-üzə gəlib. Sehudo rəqibini tabe etmə ilə məğlub edərək iyul ayında aldığı məğlubiyyətin əvəzini çıxıb.

Offsideplus.az xəbər verir ki, turnirin digər döyüşlərində Cordan Barrouz Şon Bredini 11:0 hesabı ilə, Qeybl Stivson Entoni Kassioppini 6:0 hesabı ilə, Maks Makenelli isə Bo Nikalı 3:1 hesabı ilə məğlub edib. Conni DiCulius Asu Almabayevi 10:0 hesabı ilə üstələyib. Həmçinin, Tayron Vudli Xoakin Baklini 14:8 hesabı ilə məğlub edib.