Slovakiyanın Bratislava şəhərində keçirilən U-20 dünya çempionatı başa çatır.
Offsideplus.az xəbər verir ki, yarışın son günündə iki sərbəst güləşçimiz medal qazanmaq şansına sahibdir.
Hacı Kərimov (70 kq) qızıl medal uğrunda final görüşünə çıxacaq, Yusif Dursunov (125 kq) isə bürünc medal üçün xalça üzərinə addımlayacaq.
Qeyd edək ki, hazırda Azərbaycan milli komandasının aktivində 7 (1 qızıl, 3 gümüş, 3 bürünc) medal var. Ayxan Cavadov (60 kq) çempion olub. Günay Qurbanova (57 kq), Ruzanna Məmmədova (59 kq) və Cavidan Nehmətov (77 kq) gümüş, Əmin Cavadlı (55 kq), Tural Əhmədov (63 kq) və Elmin Əliyev (82 kq) isə bürünc medal qazanıblar.


