Moskva "Lokomotiv"inin Müşahidə Şurasının sədri Yuri Naqornıx Aleksey Batrakovun "Qalatasaray"a transferinin şərtlərindən razı qaldığını bildirib.
Offsideplus.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi üçün "Lokomotiv" 25+4 milyon avro məbləğində gəlir əldə edəcək. Naqornıx qeyd edib ki, "Qalatasaray"la danışıqları Rotenberg aparıb və bu prosesi yüksək səviyyədə yekunlaşdırıb. "Aldığımız transfer şərtləri çox layiqlidir", – deyə o vurğulayıb.


