Roberto De Zerbi "Tottenhem"in Premyer Liqanın ilk turunda "Brentford"a 0:3 hesabı ilə məğlubiyyətini dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, italiyalı mütəxəssis komandasının hələ tam formalaşmadığını bildirib:
"Bir çox səbəbdən düşünürəm ki, biz hələ komanda ola bilməmişik. Fiziki cəhətdən də ən yaxşı vəziyyətdə deyilik. Amma bu, bəhanə deyil. Yeni bir layihə qururuq və vaxt istəmirəm, ancaq bu problemləri aşmalıyıq. Oyunçularıma, klubuma və özümə inanıram. Hesab edirəm ki, yaxşı işləyirik, lakin Premyer Liqanın startına gecikdik. Bunu tez bir zamanda düzəltməliyik. Bu gün daha yaxşı mübarizə apara bilərdik, amma çoxlu ikili mübarizəni uduzduq. Məqsədimiz komanda olmaqdır. Ruh və birlik tapmaq bir prosesdir".


