İngiltərə Premyer Liqasında yeni mövsümün ilk turuna start verilib.

Offsideplus.az xəbər verir ki, 21 avqustda "Arsenal" "Koventri" üzərində 3:0 hesablı qələbə qazanıb. 

Dünən isə "Hall Siti" doğma meydanda "Mançester Yunayted"i 2:0 hesabı ilə məğlub edib, "Brentford" "Tottenhem"i 3:0 hesabı ilə üstələyib.

Bu gün "Mançester Siti" "Bornmut"la qarşılaşacaq, "Nyukasl" isə "Liverpul"u qəbul edəcək.

24 avqustda isə "Fulhem" "Çelsi" ilə üz-üzə gələcək.