UFC-nin orta çəki döyüşçüsü Entoni Ernandes UFC Fight Night 285-də Qreqori Rodriqesə uduzduqdan sonra emosional açıqlama verib.

Offsideplus.az xəbər verir ki, Ernandes döyüşdən sonra bunları deyib: "Mən sizi yarı yolda qoya bilməzdim. Qəfəsə çıxanda, həqiqətən, ölməyə belə hazıram. Məni döyüşdə saxlayan da məhz bu hiss idi, təslim ola bilməzdim. Çox ağrılı idi". Ernandes Rodriqesə hakimlərin yekdil qərarı ilə uduzub. Bu, onun ardıcıl ikinci məğlubiyyətidir.