UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Sabah" – "Hapoel" (Beer-Şeva) cavab matçını idarə edəcək hakimlər briqadası müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanın baş hakimi İştvan Kovaç (Rumıniya) olacaq. Ona yan xətlərdə Mixay Marika və Ferents Tunyodi köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Sabolç Kovaç yerinə yetirəcək.
Qarşılaşmanın VAR hakimi almaniyalı Bastian Dankert, onun assistenti (AVAR) isə rumıniyalı Katalin Popa olacaq.
Qeyd edək ki, görüşün start fiti saat 20:45-də səslənəcək. Tərəflər arasında təşkil olunan ilk görüşdə İsrail təmsilçisi 2:1 hesabı ilə üstün olub.


