“İki fərqli hissə izlədik. Buraxılan ardıcıl erkən qollar oyunun taleyini həll etdi. İlk yarıds vurulan 4 qol hər şeyi bitirdi. 5-ci qolu da oyunun sonlarında buraxdıq. Rəqibin heyətində keyfiyyətli oyunçular var. Çox gücləniblər. Çətin rəqib olacaqlarını bilirdik. Ardıcıl buraxılan qollar komandanı sındırdı”.
Offsideplus.az xəbər verir ki, sözləri Misli Premyer Liqasının 2-ci turunun son oyunundan sonra “Araz-Naxçıvan”ın başməşqçisi Zaur İsmayılov deyib.
“Bu mövsüm də hədəf avrokuboklardır”.
Transfer və boşluqlarla bağlı:
“Transferləri bağlamışıq. Komanda oyununu tam tuta bilməyib. Lazımsız top itkiləri olurdu. Komanda tam formalaşmayıb”.
Patrik Andrade haqqında:
“Təcrübəsi var. Ona inamımız böyükdür”.


