Almaniyanın "Borussiya Dortmund" klubu "Barselona"nın gənc sağ cinah müdafiəçisi Hektor Fortu heyətinə qatmaq üçün danışıqları son mərhələyə çatdırıb.
Offsideplus.az xəbər verir ki, Almaniya təmsilçisinin rəhbər şəxsləri transferi tamamlamaq üçün İspaniyaya səfər ediblər.
-
Maliyyə şərtləri: "Barselona" 20 yaşlı müdafiəçi üçün əvvəlcə 15-20 milyon avro tələb etsə də, nəğd 10 milyon avrodan yuxarı məbləğ + növbəti satışdan pay və geri satınalma (buy-back) maddələri daxil olmaqla razılığa gəlməyə açıqdır.
-
Müqavilə müddəti: Fort "Borussiya Dortmund"un şərtlərini və 2031-ci ilin yayına qədər nəzərdə tutulan uzunmüddətli müqavilə təklifini artıq qəbul edib.
-
Klublararası anlaşma: İki klub arasında razılaşmanın son detalları müzakirə olunur və transferin yaxın vaxtlarda rəsmən elan ediləcəyi gözlənilir.


