Türkiyənin "Trabzonspor" klubu İngiltərə Premyer Liqasının daha bir ulduzu üçün rəsmi danışıqlara başlayacaq.
Offsideplus.az xəbər verir ki, onlar "Tottenhem Hotspur"un braziliyalı hücumçusu Rişarlisonu heyətinə qatmaq variantlarını araşdırmağa başlayıb.
- Bordo-mavililər "Tottenhem"in tələb etdiyi transfer haqqını, futbolçunun maaş istəklərini və Türkiyəyə gəlmək ehtimalını dəyərləndirir.
- "Everton" da danışıqlar aparır: Braziliyalı ulduzun sabiq klubu "Everton" da bu keçiddə iddialıdır.
- Məlumata görə, Rişarlison "Everton"a geri dönmək variantına daha açıq və müsbət yanaşır.



