"Mançester Siti" "Lill"in gənc ulduzu Ayub Buaddinin transferini rəsmiləşdirmək üzrədir.

Offsideplus.az xəbər verir ki, klublar arasında razılıq artıq əldə olunub.

Məlumata görə, transfer bonuslar da daxil olmaqla ümumilikdə 100 milyon avroluq paket müqabilində baş tutacaq. Fransa klubu keçidə "yaşıl işıq" yandırıb.

18 yaşlı yarımmüdafiəçi iyul ayında Mançester təmsilçisi ilə şəxsi şərtləri razılaşdırmışdı. O, yaxın vaxtlarda "şəhərlilər"in düşərgəsinə qoşulacaq.