"Qalatasaray"dan 40 milyon avroluq transfer gəlir.

Offsideplus.az xəbər verir ki, ​"Qalatasaray" klubu "Ayntraxt Frankfurt"un hücumameyilli yarımmüdafiəçisi Can Uzunu heyətinə qatmaq üçün təzyiqi artırmağa davam edir.

​Hazırda tərəflər arasında 35 milyon avro nağd və əlavə 5 milyon avro bonus şəklində ümumilikdə 40 milyon avroluq təklif müzakirə olunur.

Klubların transferlə bağlı ortaq məxrəcə gəlməyə çox yaxın olduğu və razılığın an məsələsi olduğu bildirilir.