"Trabzonspor" və "Mançester Yunayted" klubları kamerunlu qapıçı Andre Onananın icarə əsasında keçidi ilə bağlı tam razılıq əldə ediblər.

Offsideplus.az xəbər verir ki, ​hazırda Onananın vəkili rəsmi imza üçün oyunçu tərəfinə göndərilən müqavilə şərtlərini nəzərdən keçirir.

Keçidin qısa müddət ərzində rəsmən tamamlanacağı gözlənilir.