“Araz-Naxçıvan” kapitanı ilə vidalaşıb.
Offsideplus.az xəbər verir ki, Naxçıvan təmsilçisi futbolçu Urfan Abbasovla başa çatan müqaviləni yeniləməyib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, “Araz-Naxçıvan” bundan əvvəl Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriques, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala ilə yeni anlaşma imzalamayıb.


