Braziliya millisinin heyətində çıxış edən Bruno Qimaraynş Dünya Çempionatında nümayiş etdirdiyi oyunla diqqətləri üzərinə çəkməyi bacarıb.
Offsideplus.az xəbər verir ki, turnirdə keçirdiyi 3 oyunda 3 məhsuldar ötürmə edən yarımmüdafiəçi nəhayət ki, "Nyukasl"dakı möhtəşəm performansını milli komandaya da daşıyıb.
"Atletiko Paranaense" klubunda parladığı ilk dövrlərdən bəri hər zaman yüksək keyfiyyətini sübut edən ulduz futbolçu, hazırda Braziliya yığmasının turnirdəki ən vacib silahlarından birinə çevrilib.


