"Qəbələ" klubu yeni müqavilə bağlayıb.

Offsideplus.az xəbər verir ki, klub Seydina Keyta ilə müqavilənin müddətini uzadıb.

"Qırmızı-qaralar" mərkəz müdafiəçisi ilə yeni 1 illik müqavilə bağlayıb. 2026-cı ilin yanvarından "Qəbələ"nin şərəfini qoruyan futbolçu bu müddət ərzində 19 oyunda meydana çıxıb və 3 qol vurub.