"Liverpul"dan ayrılan misirli ulduz futbolçu Məhəmməd Salahın yeni ünvanı Səudiyyə Ərəbistanı ola bilər.
Offsideplus.az xəbər verir ki, "Əl-Hilal" klubu azad agent statusunda olan təcrübəli hücumçunu heyətinə qatmaq üçün hərəkətə keçib və ona milyonluq maaş vəd edir.
Səudiyyə təmsilçisi Salahın yalnız maaşı üçün ümumilikdə ən azı 60 milyon avro büdcə ayırıb. Planlaşdırılan 3 mövsümlük müqaviləyə əsasən, ulduz futbolçu hər mövsüm üçün 20 milyon avro qazanacaq.
Bundan əlavə, tərəflər arasında razılıq əldə olunarsa, müqaviləyə daha bir mövsüm (2030-cu ilin iyununa qədər) avtomatik uzadılma variantı da daxil ediləcək. Bu halda Salah həmin mövsüm üçün də əlavə 20 milyon avro gəlir əldə edəcək.


