FIFA növbəti – 2029-cu ildən etibarən Klublararası Dünya Çempionatının iştirakçı sayını 32-dən 48-ə çatdırmağı planlaşdırır.
Offsideplus.az xəbər verir ki, yeni layihəyə əsasən, turnirdə tətbiq olunan "bir ölkədən maksimum iki klub" məhdudiyyətinin də ləğv edilməsi gözlənilir.
Bu kvotanın artırılması sayəsində eyni çempionatdan daha çox nəhəng klubun mötəbər turnirdə iştirakına şərait yaradılacaq.


