Ulduz futbolçu zədələndi, onun "Real Madrid" arzusu "ürəyində qaldı".

Offsideplus.az xəbər verir ki, ​"Real Madrid" klubu "Borussiya Dortmund"un müdafiəçisi Niko Şlotterbekə olan marağını müvəqqəti olaraq dondurub. Buna səbəb almaniyalı futbolçunun sol topuğundan ciddi zədə almasıdır.

​Məlumata görə, Şlotterbekin topuq bağlarında yırtıq aşkarlanıb. Bu zədə səbəbindən onun təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Bu isə o deməkdir ki, gənc müdafiəçi Dünya Çempionatının qalan oyunlarında iştirak edə bilməyəcək.

​ İspaniya nəhənginin futbolçu ilə bağlı növbəti addımı onun sağalma prosesindən və reabilitasiya dövründən asılı olacaq.