"Mançester Yunayted"in bu yay transfer pəncərəsində həm Aurelien Çuameni, həm də Mateus Fernandesi heyətinə qatması maliyyə şərtlərinə görə real görünmür.
Offsideplus.az xəbər verir ki, müqavilələrin ümumi dəyərinin olduqca yüksək olması bu ikiqat transferin reallaşmasını çətinləşdirir.
"Qırmızı şeytanlar" heyətin bir neçə fərqli mövqeyini gücləndirmək niyyətindədir. Məhz bu səbəbdən, hazırkı mərhələdə yarımmüdafiə xəttinə eyni anda iki böyük transferin edilməsi klubun planlarına uyğun gəlmir.
Hər iki futbolçu "Mançester Yunayted"in maraq dairəsində qalsa da, klub rəhbərliyi yay büdcəsini tənzimləmək üçün oyunçulardan birinin transferinə üstünlük vermək məcburiyyətindədir.


