18 yaşadək (U18) oğlanlardan ibarət basketbol üzrə Azərbaycan millisi Avropa çempionatına hazırlıq çərçivəsində Serbiyanın Belqrad şəhərində təlim-məşq toplanışını davam etdirir.

Offsideplus.az xəbər verir ki, iyunun 28-dək davam edəcək toplanış müddətində komanda Serbiya klublarına qarşı üç yoldaşlıq oyunu keçirəcək.

Xatırladaq ki, Azərbaycan millisi 24 iyul - 2 avqust tarixlərində Xorvatiyada təşkil olunacaq Avro-2026 (U18) turnirinin "B Divizionu"nda mübarizə aparacaq.

Komandamızın B qrupundakı rəqibləri Polşa, İslandiya, Çexiya, Ukrayna və Portuqaliya yığmalarıdır.