"Neftçi" klubu baş məşqçi Yuri Vernidubla bağlı qərar verib.

Offsideplus.az xəbər verir ki, klub mütəxəssislə yeni müqavilə bağlayıb. Bu barədə "ağ-qaralar"ın rəsmi saytı məlumat yayıb.

Ukraynalı mütəxəssis ilə sözləşmə 2028-ci ilin yayına qədər uzadılıb.

Qeyd edək ki, Vernidub 2025-26 mövsümünün gedişatında "Neftçi" klubunda baş məşqçi vəzifəsinə gətirilmişdi.