Bakı İdman Sarayının ev sahibliyi etdiyi Məktəblilərin Respublika İdman Olimpiadasında basketbol yarışlarının final və 3-cü yer uğrunda oyunları baş tutub.
Offsideplus.az xəbər verir ki, oğlanların final oyununda RİOEUGİM-2 36:11 hesabı ilə Gəncə UGİŞM komandasına qalib gələrək, yarışın birincisi olub. Qızların final oyununda İOEUGİM-8 komandası Gəncə UGİŞM-1 komandası üzərində 42:14 hesablı qələbə qazanaraq, yarışın ən güclü kollektivi olub.
Oğlanların 3-cü yer uğrunda mübarizəsində İOEUGİM-8 komandası 49:13 hesabı ilə UGİM-10 komandasına qalib gəlib.
Qızlarda isə Cəlilabad UGİM komandası Tovuz UGİŞM üzərində 23:9 hesablı qələbə qazanıb.


