“Qarabağ”da daha bir futbolçunun ayrılığı gündəmdədir. Söhbət Əli Bəşirovdan gedir.
Ötən ay “Strasburq” klubunun akademiyasında baxışda olan Bəşirov haqda təəssüratları müsbət idi.
Offsideplus.az xəbər verir ki, hələ ki, “Qarabağ” klubuna transferlə bağlı müraciət daxil olmayıb. Əli Bəşirov isə “Qarabağ”ən əsas komandası ilə birgə Avstriya təlim-məşq toplanışındadır.
Qeyd edək ki, Əli “Qarabağ” yetirməsidir.


