İyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək UFC Fight Night Baku tədbirinin ikinci əsas döyüşündə iştirak edəcək Şarabutdin Maqomedov medianın önünə çıxıb.

Offsideplus.az xəbər verir ki, o, rəqibin özünü daha üstün saymasına münasibət bildirib:

"Mən buna çox sevinirəm ki, rəqib özünü güclü hesab edir. O özünün ən yaxşı versiyasını mənə göstərsin və biz savaşaraq, ən yaxşı döyüşü göstərək". 

"Şara" mətbuat konfransına gələn qızları barədə bu sözləri deyib:

"İlk dəfədir ki, qızlarımı UFC-yə gətirmişəm. Onlar ora bura qaçır, hər şeyə maraq gösətrirlər. Amma döyüş gecəsində olmayacaqlar". 

Şarabutdin qızının ünvanladığı "Böyük kəməri nə vaxt alacaqsan?", sualına belə cavab verib: "Tezliklə. Şənbə günü döyüş bu zirvəyə çatmağa addım olacaq". 

O, uduzduğu Maykl Peycdən revanşa yaxın olduğunu bildirib:

"Maykl Peyc ilə revanşa gedən yol olacaq deyə bilərik. Mən öz gəmimi buraya gətirmişəm. Lövbər salmışam ki, bacardığım qədər qızıl əldə edim. Mən döyüşçüyəm, o isə rəqqas, akrobatdır".

FOTO: Elmir Kərimov