İyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək UFC Fight Night Baku tədbirində Nazim Fiziyev ilə üz-üzə gələcək Mateus Kamilo jurnalistlərin önünə çıxıb.
Offsideplus.az xəbər verir ki, o, döyüşün maraqlı olacağını bildirib:
"Yaxşı döyüş baş tutacaq. "Submission" və ya nokaut olacaq. "Yaquar" daha fərqlidir. Mən bu döyüşə, döyüşü bitirməyə hazıram. Neçə gündür ki burdayam. Yuxumu almışam, hazıram".
O, azərbaycanlı döyüşçü ilə tərzlərinin bənzədiyini bildirib: "Bizim tərzimiz çox yaxşıdır və bənzəyir. Möhtəşəm döyüş bizi gözləyir".


