DÇ-2026-nın K qrupunda Kolumbiya millisi Konqo ilə üz-üzə gəlib.
Offsideplus.az xəbər verir ki, görüş kolumbiyalıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu Daniel Munyoz vurub.
2 qələbə qazanan Kolumbiya DÇ-2026-da pley-offa çıxmağı bacarıb.
Qeyd edək ki, qrupun digər matçında Portuqaliya Özbəkistan yığmasını 5:0 hesabı ilə məğlub edib.


