Fransa milli komandasının baş məşqçisi Didye Deşam ailəsində baş verən ağır itki ilə əlaqədar olaraq Dünya Kuboku düşərgəsini müvəqqəti tərk edib.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis anasının dəfn mərasimində iştirak etmək üçün təcili olaraq vətəninə yollanıb.
Bu səbəbdən Deşam Fransanın qrup mərhələsi çərçivəsində Norveç millisinə qarşı keçirəcəyi kritik qarşılaşmada komandasının başında yer ala bilməyəcək.
"Qall xoruzları"nın bu qarşılaşmaya köməkçi məşqçilərin rəhbərliyi altında çıxacağı gözlənilir.


