"Kəpəz" baş məşqçisini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisi Azər Məmmədovla anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
50 yaşlı mütəxəssislə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.
Tərəflər arasında bağlanacaq müqavilə mövsümünün sonunadək qüvvədə olacaq. Xatırladaq ki, Azər Məmmədov 2023-cü ildə də “Kəpəz”i çalışdırıb.


