"Atletiko"nun futbolçusu Tiaqo Almada karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, "Əl-Əhli" argentinalı vingeri transfer etmək istəyir. Bu barədə "TYC Sports" məlumat yayıb.

Ərəblər Almadaya 3 illik müqavilə təklif edib. "Əl-Əhli" 25 yaşlı ön xətt oyunçusu üçün İspaniya klubuna 26 milyon avro ödəməyə  hazırdır.

Qeyd edək ki, Almada meydana çıxdığı 40 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.