İyunun 24-də UFC Fight Night: Fiziev vs. Torres turniri ərəfəsində Dənizkənarı Milli Parkda, Yeddi Gözəl fəvvarəsinin yaxınlığında UFC azarkeşlərini möhtəşəm Açıq məşq gözləyir. Giriş sərbəstdir.
Offsideplus.az xəbər verir ki, saat 17:00-da başlayacaq tədbir 19:30-dək davam edəcək və tamaşaçılara UFC ulduzlarını döyüşdən öncə yaxından görmək imkanı yaradacaq.
Açıq məşqdə UFC Fight Night Baku turnirinin əsas döyüşünün iştirakçıları — azərbaycanlı Rafael Fiziyev və meksikalı Manuel Torres, gecənin ikinci əsas qarşılaşmasının iştirakçısı Şarabutdin “Shara Bullet” Maqomedov, eləcə də yerli döyüşçülər Nazim Sadıxov və Fərman Həsənov iştirak edəcəklər.
Tədbir zamanı hər bir döyüşçü 10 dəqiqəlik nümayiş məşqi keçirəcək, daha sonra azarkeşlərin suallarını cavablandıracaq. Açıq məşq UFC döyüş həftəsinin ən maraqlı və ən çox gözlənilən tədbirlərindən biri hesab olunur. Azarkeşlər döyüşçüləri yaxından izləyəcək, onlarla ünsiyyət quracaq və UFC atmosferini canlı yaşamaq imkanı əldə edəcəklər.
Tədbir ictimaiyyət üçün açıqdır və giriş sərbəstdir.
Açıq məşq ərazisində azarkeşlər üçün xüsusi fan-zona da fəaliyyət göstərəcək. Burada ziyarətçilər interaktiv UFC oyunlarında iştirak edə, müxtəlif foto zonalarda xatirə şəkilləri çəkdirə, həmçinin UFC Store-da rəsmi UFC məhsulları ilə tanış olub alış-veriş edə biləcəklər.
UFC FIGHT NIGHT: FIZIEV vs TORRES turniri 27 iyun tarixində Milli Gimnastika Arenasında baş tutacaq. Bu yay keçiriləcək ən möhtəşəm idman hadisələrindən birini qaçırmayın! Biletləri iticket.az saytından əldə edə bilərsiniz


