İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel DÇ-2026-da tətbiq edilən su fasilələri ilə bağlı fikirlərini bölüşüb.

Offsideplus.az BBC-yə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis bu fasilələrin oyuna təsirinin gözlədiyindən daha böyük olduğunu bildirib.

“İndi düşünürəm ki, bu fasilələr oyuna əvvəl təsəvvür etdiyimdən daha çox təsir edir. Əvvəllər də hava həddindən artıq isti olanda belə fasilələr olurdu. Bu, zəruri idi, amma həmin fasilələr daha qısa çəkirdi və yalnız bəzi oyunlarda tətbiq edilirdi. İndi isə ədalət naminə hər matçda tətbiq olunur. Beləliklə, oyun dörd hissəyə bölünür. Bu da matçın xarakterini düşündüyümdən daha çox dəyişir”.

Qeyd edək ki, DÇ-2026-da hər hissənin ortasında məcburi 3 dəqiqəlik su fasilələri tətbiq olunur.