Elm və Təhsil Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və idman federasiyalarının dəstəklədiyi ölkə tarihində ilk Məktəblilərin Respublika İdman Olimpiadası uğurla davam edir.
Offsideplus.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin idman zalında keçirilən yarışların ikinci günündə 180-dək sərbəst güləşçi xalça üzərinə çıxaraq qüvvəsini sınayıb.
Əvvəlcə sərbəst güləş üzrə 41, 48, 57, 68 və 85 kq-da finalçılar müəyyənləşib:
41 kq
Ülvü Qurbanzadə (Göygöl) – Bayram Əhmədzadə (Qax, ROİL)
48 kq
Nahid Teymurov (Qobustan) – Sübhan Axundzadə (Abşeron)
57 kq
Nuh Kərim (Lənkəran) – Ramal Süleymanlı (Abşeron)
68 kq
Razim Musayev (UGİM-2) – Nüşrətəli Məmmədzadə (Sumqayıt,Təhsil)
85 kq
Cavid Əliyev (Cəlilabad) – Əkbər Məmmədli (Gəncə, Təhsil-1)
Axşam seansında isə 38, 44, 52, 62 və 75 kq-da medalçıların adına aydınlıq gəlib:
38 kq
1. Nihad Qarayev (Lənkəran)
2. Məhəmməd Həsənli (Sumqayıt)
3. Davud Əliyev (Gəncə, Təhsil-1), Elvin Əlilli (Cəlilabad)
44 kq
1. Lətif Hüseynzadə (Qobustan)
2. Abbas Hüsüzadə (Qax, ROİL)
3. Əli İspərov (Lənkəran), Mustafa Meralıyev (Gəncə, Təhsil-1)
52 kq
1. Əli Rəcəbov (Gəncə, Təshil-1)
2. Nadim Allahyarov (Qobustan)
3. Şamxal Əlizadə (Naxçıvan), Elnur İdrisli (Qax, ROİL)
62 kq
1. İsmayıl Əlizadə (Gəncə, Təhsil-1)
2. Hüseyn Rəhimli (Qəbələ)
3. Röyal Hacıyev (Qazax), Muxtar Abbaszadə (Sumqayıt)
75 kq
1. İbrahim Məmmədov (Ağstafa)
2. Elvin Qurbanlı (ROİL)
3. Ramal Bağırov (Naxçıvan), Əli Zeynallı (Göygöl)


