17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası iyunun 23-dən iyulun 2-dək Bakıda təlim-məşq toplanışında olacaq.

Offsideplus.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, U-17 toplanış çərçivəsində iyunun 29-da və iyulun 1-də Tacikistanın müvafiq yaş qrupundan ibarət yığması ilə 2 yoxlama oyunu keçirəcək.

Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunacaq hər iki görüşün saat 18:30-da başlanması planlaşdırılır.