17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Moldovada keçirilən beynəlxalq yoldaşlıq turnirində ilk oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, Kişinyov şəhərində yerləşən "Technical Center of FAM"da Moldova U-17 yığması ilə üz-üzə gələn millimiz meydandan 0:2 hesablı məğlubiyyətlə ayrılıb.
Yığmamız turnir çərçivəsində daha iki qarşılaşma keçirəcək. Növbəti oyunların təqvimi:
-
9 sentyabr (14:30): Moldova U-18 – Azərbaycan U-17
-
11 sentyabr (14:30): Latviya U-17 – Azərbaycan U-17
Qeyd edək ki, bütün oyunlar "Technical Center of FAM"da baş tutacaq.


