“Komo” aparıcı oyunçularından Serxio Roberto ilə yollarını ayırıb. 

Offsideplus.az xəbər verir ki, təcrübəli futbolçu İtaliya klubundan ayrılıb. Tərəflər arasında müddəti iyunun sonunda başa çatacaq müqavilə yenilənməyib.

İspaniya yığmasının sabiq oyunçusu 2024-cü ilin yayında “Barselona”dan ayrıldıqdan sonra İtaliya klubuna transfer olunmuşdu. “Komo”da keçirdiyi iki mövsüm ərzində ümumilikdə 37 matçda meydana çıxan futbolçu 1 qol vurub və 1 məhsuldar ötürmə edib.