DÇ-2026-nın 3-cü turunda Uruqvayla matça hazırlaşan İspaniya millisinin məşqi yarımçıq qalıb.
Offsideplus.az xəbər verir ki, komandanın məskunlaşdığı Tennessi ştatının Çattanoqa şəhərində keçirilən məşq güclü külək səbəbindən vaxtından əvvəl dayandırılıb.
Futbolçular meydançaya çıxsalar da, cəmi 20 dəqiqədən sonra məşqi tərk etməli olublar. Məşqdən əvvəl ərazidə olan hər kəsin telefonuna fırtına və saatda 130 kilometrə çatan külək barədə xəbərdarlıq mesajı göndərilib.
Qısa müddət sonra güclü yağış başlayıb və komanda hazırlığı idman zalında davam etdirmək məcburiyyətində qalıb.


