Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Məktəblilərin Respublika İdman Olimpiyadası davam edir.
Ötən gün yarışı izləyənlər arasında 3 qat Avropa çempionumuz, Olimpiyada medalçısı Cəbrayıl Həsənov da var idi. Tədbirin təşkilatçılığı və gənc, yeniyetmə güləşçilərin perspektivi ilə bağlı Offsideplus.az-a açıqlama verib:
“Təşkilatçılara təşəkkür edirəm. Belə yarışların keçirilməsi çox yaxşıdır. Azərbaycan birinciliyindən geri qalmayan yarışdır. Ümid edirəm ki, tapıntılar olacaq. İstər burdan, istər başqa yarışdan (gülümsəyir). Fərqi yoxdur. Son illərdə gənc və yeniyetmələrimiz çox yaxşı çıxış edir. Rusiyalı idmançılarla görüşdə 4 dəfə qalib oldular. Əvvəl 1 qələbəmiz olanda sevinirdik. İstedadlı uşaqları məşqçilərilər qorusa, niyə də gələcəkdə daha uğurlu güləşçilərimiz olmasın? Hər idman qarşısına məqsəd qoymalıdır. Məşqçilər, valideynlər rejimə fikir verməlidir. Bizim vaxtımızda dünyada ən yaxşı 5 güləş komandasından biri idik. İnanırıq ki, 5 il ərzində yenidən o məqama çatarıq”.


