Məktəblilərin Respublika İdman Olimpiadasının ikinci günüdür.
Offsideplus.az xəbər verir ki, turnirdə sərbəst güləş, ağırlıqqaldırma, bədii gimnastika, veloidman, stolüstü tennis ilə yanaşı, badminton, basketbol və boks üzrə yarışlar da davam edir.
Sərbəst güləş yarışlarında müxtəlif şəhər və rayonları təmsil edən məktəbli idmançılar 5 çəki dərəcəsində mübarizə apararaq ümumilikdə 178 iştirakçı ilə çıxış ediblər. Ağırlıqqaldırma üzrə 48 kq və 52 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Bədii gimnastika yarışlarında 2014 və 2015-ci il təvəllüdlü gimnastlar arasında qaliblər elan olunub.
Stolüstü tennis üzrə yarışlarda finalçılar müəyyənləşib və medalçılar bəlli olub. Veloidman üzrə şose yarışlarında həm qızlar, həm də oğlanlar arasında qrup ötüşmələri keçirilib və qaliblər müəyyən edilib.
Badminton, basketbol və boks yarışlarında da müxtəlif yaş qruplarında məktəblilər öz bacarıqlarını nümayiş etdirərək mübarizəni davam etdiriblər.
Yarış gününün sonunda “Atletlər kəndi”ndə məktəblilər üçün əyləncə proqramı təşkil edilərək onların asudə vaxtının səmərəli keçirilməsi təmin olunub.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ölkədə ilk dəfə keçirilən Məktəblilərin Respublika İdman Olimpiadasında (MRİO) yarışlar 26 iyun tarixinədək davam edəcək.


