La Liqanın "Vilyarreal" ilə 2:2 hesablı bərabərliklə başa çatan matçından sonra Xulian Alvares ilə Madrid klubunun azarkeşləri arasında ciddi narazılıq yaşanıb.
Offsideplus.az xəbər verir ki, ehtiyat skamyada başlayan və oyuna sonradan daxil olan Alvares həm matçdan əvvəl, həm də oyun zamanı "Atletiko" azarkeşləri tərəfindən kəskin şəkildə fitə basılıb.
-
Tünelə yönləndirmə: Qarşılaşma bitdikdən sonra "Atletiko Madrid" rəsmiləri və məşqçilər korpusu Alvaresə azarkeşlərə yaxınlaşmamağı və dərhal soyunub-geyinmə otağına (tunelə) getməyi tapşırıb.
-
Məşqçilərin izahı: Baş məşqçi Diyeqo Simeone və texniki heyət bu qərarın azarkeşlərlə hücumçu arasında yarana biləcək hər hansı qarşıdurmanın və insidentin qarşısını almaq məqsədilə verildiyini təsdiqləyib.


